Ermənistanın Baş naziri Nikol Paşinyan təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsinin prinsiplərini təqdim edib.
Paşinyan Tbilisidə keçirilən İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı İrəvanın layihə ilə bağlı prinsiplərini sadalayıb:
“1. Magistral yollar, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri daxil olmaqla bütün infrastrukturlar keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir;
2. Hər bir ölkə öz ərazisində, öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməli, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların həmin ərazilərdən keçməsini təmin etməlidir;
3. Qeyd olunan infrastrukturlardan həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər;
4. Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlı prinsip əsasında istifadə etməlidir. Belə olan halda sərhəd və gömrük nəzarəti ilə bağlı prosesdə müəyyən sadələşdirilmə həyata keçirilə bilər”.
Paşinyan bildirib ki, bu prinsiplər layihə ilə bağlı bəzi yanlış şərhlərin qarşısını almaq üçün vacibdir.
Paşinyan eyni zamanda sülh sazişinin bağlanacağı ilə bağlı anonsu da verib. Nələr gözlənilir?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində iştirak edə bilər.
Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.