Paşinyan yenə Lavrovu aşağıladı: “Mənim üçün əsas Putinin nə deməsidir”


“Bizə aid bütün iddiaları diqqətlə izləyirik və lazım gəldikdə cavab veririk və verəcəyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mer seçkilərində səs verdikdən sonra jurnalistlərlə söhbətində bildirib.

Paşinyan ABŞ dövlət katibinin köməkçisi Yuri Kimin ABŞ-ın Ermənistanı Rusiyaya qarşı tərəfdaş kimi görmək istəməsi ilə bağlı sözlərinə reaksiya verib.

“Ermənistanın xarici siyasəti şəffafdır və mən hesab edirəm ki, bu cür yanaşma tərzləri doğru deyil. Ermənistan Respublikasının xarici siyasəti həmişə öz siyasi maraqlarına əsaslanaraq istiqamətləndirilir”, - deyə Paşinyan bildirib.

Ermənistan baş naziri Rusiyanın xarici işlər naziri Sergel Lavrovun “Ermənistanın Qərbin dəstəyi ilə “rusları qovmaq istəməsi” ilə bağlı bəyanatına da münasibət bildirib: “Mən həmkarlarımın bəyanatlarını şərh etməyə üstünlük verirəm və Rusiya Federasiyası Prezidentinin bəyanatlarına diqqət yetirirəm, qalanı sadəcə iş prosesləridir”.

Paşinyan jurnalistin Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın addımlarını “qeyri-dost”adlandırması ilə bağlı sözlərinə də cavab verib:

“Rusiya Federasiyasının rəhbəri bildirib ki, Ermənistanın baş naziri ilə problem olmadığı kimi, Ermənistanla da heç bir problem yoxdur”.

Musavat.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

17.09.2023 14:50
1057