Paşinyan Vətənə qaytarılan Ruslan Pənahov barədə danışdı

"Azərbaycanla Ermənistan arasında bir razılaşma var. Həmin razılaşmaya görə, düşmən torpaqlarında qalan itkin hərbi qulluqçular tezliklə geri qaytarılmalıdır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Bu razılaşma 2018-ci ildən əvvəl və sonra tərəflər arasında pozulub. Daha doğrusu, hərə bu anlaşmanı özünə görə yozub. Sərhədi azmış və qəsdən pozan həmin hərbi qulluqçular və ya sıravi vətəndaşlar hər zaman müəyyən problemlər yaradıb. Biz Azərbaycan Prezidenti ilə sərhədi keçən hər hansı şəxsin cinayət əməlləri törətmədiyi halda geri qaytarılması haqqında razılığa gəlmişik" - deyə Paşinyan bildirib.

Musavat.com

12.03.2024 13:30
1803