Paşinyan: Velosiped işıqdır, velosiped komandadır, velosiped perspektivdir

Ermənistanın baş naziri Nikol Paşinyan öz Telegram-kanalında səhər veloyürüşdən daha bir material dərc edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni kanalları məlumat yayıb.
“Bu gün 6-cı velosiped yürüşümüz idi. Velosiped işıqdır, velosiped komandadır, velosiped perspektivdir. Yaşasın velosiped! – deyə o, videoya şərh verib.

Ermənistanın baş nazirinin sözlərinə görə, onlar bu gün səsvermə yolu ilə 30 km getməyi qərara alıblar, lakin 31 km yol qət ediblər.

Musavat.com

30.06.2024 12:10
835