Paşinyan üçün təhlükəsizlik anlayışı budur: Ermənistanın başına bir iş gəlsə...

“Dünyada maksimum 2, bəlkə də 3 dövlət var ki, deyə bilər: Mən öz təhlükəsizliyimi təmin edə bilərəm”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammitində deyib.

“Təhlükəsizliyin təmin edilməsində ən mühüm vasitə iqtisadi əlaqələrdir. Bir ölkə ilə iqtisadi əlaqələrimiz nə qədər az olsa, təhlükəsizliyimiz bir o qədər risk altında olar.

Mən sual verirəm: Ermənistanın başına bir iş gəlsə, hansı ölkənin supermarketində ərzaq qıtlığı yaranacaq? Biz daim tankın köməyi ilə təhlükəsizliyi təsəvvür edirik, amma söhbət tankdan istifadəyə gedirsə, o zaman təhlükəsizlik məsələsi iflasa uğrayıb. Təhlükəsizlik ondan ibarətdir ki, Ermənistanda qeyri-sabitlik olarsa, hansısa çox mühüm ölkədə vacib supermarketdə ən azı bir rəf boş qalacaq. Bu, təhlükəsizlik riskidir.

İnsanlar bilməlidirlər ki, bu rəf boş qalacaq və buna görə də bu ölkədə siyasi problemlər, iğtişaşlar yarana bilər”, - deyə Paşinyan bildirib.

Musavat.com

18.09.2024 13:43
440