“Paşinyan tezliklə Azərbaycana ya yalvaracaq, ya da...” - ŞOK İDDİA

“Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının son iclaslarının birində partiya üzvlərinə sülh müqaviləsi layihəsinin razılaşdırılmamış müddəaları təqdim edilməyib. Lakin “Ermənistanın nəyin bahasına olursa-olsun, onu imzalamağa hazır olması” başqa formada təqdim olunub. Partiya üzvlərinə Azərbaycanı “küncə sıxışdıracaqları”, “onu fakt qarşısında qoyaraq təcavüzkar kimi təsvir ediləcəyi” vəd edilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyan dünən yaxın vaxtlarda sülh müqaviləsinin yarı razılaşdırılmış mətnini imzalamağa hazır olduğunu bəyan edib. Görünür, belə davam etsə, Paşinyan tezliklə Azərbaycana ya yalvaracaq, ya da gözləri yaşla canlı efirdə onu bu sənədi imzalamağa çağıracaq”, - deyə yazıda qeyd olunub.

Musavat.com

11.09.2024 13:03
2774