“2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində qəbul edilmiş bəyanatda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri hərtərəfli razılaşdırılıb”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 27-də Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Məlumata görə, Paşinyan Ermənistan və Fransa parlamentləri arasında inkişaf edən möhkəm əlaqələri qeyd edib.
Tərəflər “Zəngəzur dəhlizi” haqqında da danışıblar. Bu kontekstdə Paşinyan Ermənistan hökumətinin “Sülhün kəsişməsi” layihəsini təqdim edib. Bundan başqa, Avropa Birliyinin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı müzakirə aparılıb.
Musavat.com