“Paşinyan seçkilərdə saxtakarlığa hazırlaşır” - İLGİNC İDDİA

Ermənistan İctimai Radiosunun rəhbərliyində dəyişiklik olub. Nikol Paşinyanı tənqid edən Qaregin Xumaryanın əvəzinə “Azadlıq” radiosunun əməkdaşı Armen Koloyan gətirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli politoloq Suren Surenyants şərh verib.

“Avtoritarizm belə qurulur: əmlakın yenidən bölüşdürülməsi, informasiya resurslarının birləşdirilməsi və s. Belə bir hökumət seçkiləri saxtalaşdırmaqdan boyun qaçırmaz, çünki “məsihlər” məğlub ola bilməz. Seçkilər saxtalaşdırıldığı halda inqilab hüququ legitimdir”, - deyə Surenyants qeyd edib.

Musavat.com

30.07.2024 18:16
684