“Hazırkı iqtidar sayəsində Rusiya ilə birləşmiş Qərb arasında savaş Ermənistana keçib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində “Hayastan” blokundan olan deputat Armen Rüstəmyan deyib.
“Biri deyir: ya sən mənimləsən... və o biri deyir: əgər mənimlə deyilsənsə, səninlə işim yoxdur. Mənimlə deyilsənsə, o zaman qarşı tərəfdəsən. İndi Ermənistan özü üçün dağıdıcı situasiya ilə üzləşib - bu gün biz bunu görürük”, - deyə Rüstəmyan bildirib.
Musavat.com