Paşinyan sabah Rusiyaya gedir – Altaya gözlənilməz səfər

 Ermənistanın baş naziri Nikol Paşinyan sabah Rusiya Federasiyasına səfər edəcək.

Musavat.com xəbər verir ki, onun səfərinin məqsədi Altay bölgəsində keçiriləcək Beynəlxalq Təbiətin Mühafizəsi və Ətraf Mühit üzrə Konfransda iştirak etməkdir.

Tədbirdə müxtəlif ölkələrin nümayəndələri təbiətin qorunması, iqlim dəyişikliyi və ekoloji siyasətlərin koordinasiyası mövzusunda çıxışlar edəcəklər.

Paşinyanın səfəri Moskva-İrəvan münasibətlərindəki son gərginlik fonunda baş tutur və bu baxımdan səfərin siyasi məzmunu da istisna edilmir.

Musavat.com

23.07.2025 11:33
1060