Paşinyan Rusiyaya getdi

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Paşinyan 7-9 iyun tarixlərində Rusiyada səfərdə olacaq və səfər çərçivəsində Soçidə Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının və Avrasiya Konqresinin daimi iclaslarında iştirak edəcək.

Musavat.com

07.06.2023 11:24
664