Ermənistanın baş naziri Nikol Paşinyan MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı olacaq.
Sammit Rusiya prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü ilə keçirilir. (Report)