Paşinyan qərarını rəsmən AÇIQLADI: Qazaxın 4 kəndini veririk... - Qabil Hüseynli ilə CANLI

Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxın Əskipara kəndinə səfərinin detalları yayılıb.

Musavat.com xəbər verir ki, Paşinyan Əskiparada, Bağaniz Ayrımda və ətraf ərazilərdə məskunlaşmış ermənilərlə görüşüb və onlara bu kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini izah edib.

“Əvvəldən demişdim ki, sizin qəsəbənizlə bağlı problemlər olanda gəlib sizinlə müzakirə edəcəm. Mən sizinlə hansı praktiki məsələni müzakirə etməyə gəlmişəm? Problem ondadır ki, Ermənistanla Azərbaycan arasında demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bizə görə demarkasiya Ermənistanın başladığı yerdə yerləşmə deməkdir. Hamımız bunun haradan başladığını, harada bitdiyini bilirik. Siz də yaxşı bilirsiniz”, - o deyib, daha sonra Ermənistan xəritəsini göstərib.

Nikol əlavə edib ki, demarkasiya komissiyaları Ermənistanın haradan başladığına qərar verməlidir və bu xətt Azərbaycanla dövlət sərhədinə çevrilməlidir. Paşinyan prosesin niyə Əskiparadan başlandığını izah edib.

İrəvan anklav və eksklavlar məsələsinə daha sonra baxılmasını, həmçinin bu cür sahələrin delimitasiya və demarkasiyasının hüquqi qüvvəyə malik sənədlər əsasında işlənməsini düşünür.

Bu barədə isə Ermənistan hökuməti “Sputnik Ermənistan”nın yazılı sorğusuna cavab olaraq bildirib. Hökumət Ermənistanın Baş naziri Paşinyanın martın 12-də verdiyi bəyanata da istinad edərək, xatırladıb ki, rəsmi İrəvanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir əraziyə iddiası yoxdur: “Lakin Ermənistan da öz suveren ərazilərini təslim edə bilməz. Mübahisəli ərazilərdə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazımdır və bu, hüquqi qüvvəyə malik sənədlər əsasında olmalıdır. De-yure Ermənistan ərazisi Ermənistanın, Azərbaycan ərazisi isə müvafiq olaraq Azərbaycanın idarəsi və nəzarəti altında olmalıdır. İrəvan bütün sərhəd boyu belə qərarlar qəbul etməyə, eyni formuldan Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə də istifadə etməyə hazırdır”.

TVMusavat-ın bu gün saat 11:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

19.03.2024 11:15
1092