Paşinyan: Qarşıdan gələn seçkilərdə əsas məsələ sülhdür

Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərdə xalqın əsas məsələ olaraq sülh və sülhsüzlük arasında seçim edəcəyini bildirib.

Musavat.com xəbər verir ki, Paşinyan vurğulayıb ki, ölkənin gələcəyi bu seçimdən asılıdır və xalq sülhün bərqərar olması ilə sülhsüzlük arasında qərar verməlidir. O, qeyd edib ki, qarşıdan gələn dövr Ermənistan üçün sülhün qorunması və davam etdirilməsi baxımından həssas mərhələ olacaq.

Musavat.com

21.08.2025 13:06
287