Ermənistan hökuməti Qarabağdan gələn erməni əhalisini hədələyib.
Musavat.com-un xəbərinə görə, bu barədə hakim “Mülki müqavilə” blokunun deputatı Xaçatur Sukiasyan danışıb.
“Qarabağdan olan ermənilər etiraz mitinqlərində iştirak etsələr, Ermənistanda aldıqları yardımları itirəcəklər”, - deyə o bildirib.
Sukiasyan qeyd edib ki, Ermənistanın keçmiş liderləri başqa ölkələrlə əlaqəsi olanlarla “pis” davranırdılar:
“Bu adamlar ya həbsxanaya düşdülər, ya öldülər, ya da mallarını itirdilər. İndi də sizə deyirəm: əgər siz ölçüləri bilməsəniz və Ermənistanın inkişafına mane olsanız, eyni qaydalar sizə qarşı da istifadə olunacaq”.
Musavat.com