Paşinyan Putinlə görüşəcək-Səfir

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində ünsiyyət qurmaq imkanlarına malik olacaqlar.

Musavat.com-un məlumatına görə, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın Vladimir Putinin assosiasiyanın Kazanda keçirilən 16-cı sammiti çərçivəsində BRICS+ formatlı tədbirlərdə iştirak etmək üçün şəxsi dəvətini qəbul etməsi özlüyündə Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə sıx təmasların təzahürüdür.

Musavat.com

19.10.2024 14:52
326