Paşinyan Putinin ayağına gedir: Kreml lideri ona hansı təlimatları verəcək?

Dekabrın 26-da MDB-yə üzv ölkələrin prezidentlərinin qeyri-rəsmi görüşü baş tutacaq.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev məlumat verib.

O bildirib ki, dekabrın 25-26-da Sankt-Peterburqda iki mühüm tədbir keçiriləcək.

Dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir. Lebedev əlavə edib ki, dekabrın 18-də Rusiyanın baş naziri Mixail Mişustinin təşəbbüsü ilə MDB hökumət başçılarının növbədənkənar iclası keçiriləcək.

Xatırladaq ki, noyabrın 29-da Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, əgər Ermənistan hökumətinin başçısı iclasa gələrsə, Rusiya prezidenti Vladimir Putin və Paşinyan arasında danışmaq imkanı olacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

30.11.2023 13:25
623