Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxış edir.
Bu barədə daha öncədən Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirmişdi.
Verilən xəbərə görə, baş nazir deputatlar qarşısında çıxış edərkən gecə Azətbaycan-Ermənistan sərhədində baş verən toqquşmada 49 erməni hərbçisinin həlak olduğunu bildirib.
"Ermənistan Təhlükəsizlik Şurası səhərə qədər iclas keçirib, iclasda Ermənistan prezidenti, parlamentin spikeri iştirak edib. KTMT-yə müraciət etmək qərara alınıb", - Paşinyan deyib.
Qeyd edək ki, bu toplantıda rəsmi İrəvanın hərbi yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət göndərəcəyi bildirilir.
Musavat.com