Paşinyan Özbəkistana gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “armenpress” Özbəkistan prezidentinin mətbuat katibinə istinadən məlumat yayıb.

Bildirilib ki, 15-16 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək ŞƏT-in növbəti sammitinə Nikol Paşinyan da qatılacaq.

09.09.2022 13:48
996