Ermənilərin yalnız 5,6%-i Paşinyan iqtidarının “keçmiş separatçıları” geri qaytarmaq üçün hər şeyi etdiyinə inanır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli MPG şirkətinin direktoru, sosioloq Aram Navasardyan jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, 11,9% Ermənistan hakimiyyətinin onları geri qaytarmaq üçün nələrisə etdiyini bildirir. 17,9% Nikol Paşinyanın bu məsələdə heç bir iş görmədiyini, 39% isə “barmağını belə tərpətmədiyini” ifadə edib.
Musavat.com