“Paşinyan hansı səbəbdən Baydenin Nyu-Yorkda təşkil etdiyi vida ziyafətində iştirak etməyib? Qəbul edilmiş prosedura əsasən, ABŞ prezidenti Baş Assambleyanın BMT-yə üzv dövlətlərin başçılarını qəbula dəvət edir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Suren Sarkisyan tərəfindən səslənib.
“Sentyabrın 25-də ABŞ vaxtı ilə saat 18:00-da Metropoliten İncəsənət Muzeyində baş tutan builki tədbirdə yüzlərlə dövlət başçısı iştirak edib. Həmin gün Paşinyan Ərdoğanla görüşüb, lakin Ərdoğan bütün görüşləri başa vuraraq qəbula qatılmadan ABŞ-ı tərk edib. Hesab edirəm ki, bu qəbulda iştirak etməmək vəzifəsini tərk edən prezidentə hörmətsizlik idi.
“Onsuz da sən gedən fiqursan” yanaşması yanlış idi. Ən azından qısa söhbət üçün Baydenlə görüşmək lazım idi. Hələ onun (Paşinyan) Bayden administrasiyasından aldığı misilsiz dəstəyi demirik.
Adətən ABŞ-da vəzifəsindən gedən dövlət başçıları və məmurlar öz həmkarlarından soruşurlar: “Vəzifədə məhdud vaxtım qalıb. Mən sizin üçün nə edə bilərəm?” Belə olan halda müxtəlif dünya liderləri ondan nəsə qoparmağa çalışırlar. Deyəsən, Paşinyanın bundan da xəbəri olmayıb”, - deyə Sarkisyan yerli idarəçiləri səriştəsizlikdə suçlayıb.
Musavat.com