Paşinyan "Nemezis" abidəsinə qarşı çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanın tanınmış simalarıba qarşı terror aktı törətmiş "Nemezis" təşkilatına abidə qoyulmasına münasibət bildirib.

“"Nemezis" abidəsi ilə bağlı yanlış qərar verilib, onun həyata keçirilməsi də yanlış olub”.

Musavat.com bildirir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

Ermənistanın baş naziri “Azadlıq” radiosuna müsahibəsində deyib ki, hökumət bu qərarı verməyib. O, demokratiyanın çatışmazlıqlarından biri kimi hökumət başçısının hamıya nəzarət etməməsini qeyd edib.

Musavat.com

05.05.2023 23:01
1742