Paşinyan müxalifəti BELƏ zərərsizləşdirir

Son həbslərdən sonra Nikol Paşinyan hökumət strukturlarında partiya birliyini tez bir zamanda gücləndirməyi tapşırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Respublika meydanı” telegram kanalı məlumat yayıb.

“Xatırladaq ki, bir müddət əvvəl Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bir qrup Qarabağ ermənisinin yerli vətəndaşlarla birlikdə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını aldığını bildirmişdi. Ermənistan hakimiyyəti bu səs-küylü işi “Arbat” erməni qruplaşması ilə əlaqələndirməyə çalışır.

Mənbələrin bildirdiyinə görə, yerli özünüidarəetmə orqanları əməkdaşlarına və büdcə təşkilatlarının üzvlərinə oktyabrın 10-dək hakim partiyanın sıralarına qoşulmaq tapşırılıb. İdeoloji səbəblərdən partiyaya üzv olmaq istəməyən məmurları illik mükafatların azaldılması ilə qorxudurlar. Bundan əlavə, bürokratiya rəsmi sosial şəbəkələr vasitəsilə və ictimai tədbirlər zamanı müxalifəti tənqid etməyə məcbur qalır.

Paşinyanın daxili siyasi addımları onun 2026-cı il parlament seçkilərinə və ya referendumlara hazırlaşdığını göstərir. Bunun üçün isə onun nəzarətində olan bürokratik aparat və sadiq məmurlar lazımdır. Güc birbaşa Paşinyanın nəzarəti altında olmalıdır ki, etibarlı daxili siyasi arxaya malik olmaqla qərbyönümlü gündəmi həyata keçirə bilsin. Müxalifət passiv olduğu və “taym-aut” aldığı halda, Paşinyan bu pauzadan müxalifəti parçalamaq və elektoratını öz tərəfinə çəkmək üçün istifadə edir”, - deyə yazıda qeyd olunub.

Musavat.com

24.09.2024 14:44
486