Paşinyan: "Müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər"

“Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər”.

“Report” Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan almalı olduğu yüz milyonlarla dollar dəyərində silahı almayıb:

“Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”.

29.09.2022 11:37
1204