Paşinyan Moskvaya getdi - 9 mayda...

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə yola düşüb.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti açıqlama yayıb.

Onun 9 May Qələbə paradında iştirak edəcəyi vurğulanıb.

Qeyd edək ki, Paşinyanın “9 may axşama qədər Moskvada olacağı” bildirilsə də, onun paradda iştirakı ilə bağlı hər hansı bir məlumat verilməmişdi.

Musavat.com

08.05.2023 14:00
887