Paşinyan Mişellə görüşə ev paltarında gəldi

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-formal görüş olub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı mövcud hərbi-siyasi vəziyyət, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, erməni baş nazirin Şarl Mişellə görüşə gəldiyi libas sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Musavat.com

14.05.2023 01:35
3151