Paşinyan: "Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq"

Paşinyan Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

"Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq", - o qeyd edib.//APA

17.10.2023 15:20
1549