Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.
“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.
Nikol Paşinyan bəyan edib ki, mətndə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə aydın siyasi qiymət verilmir və bu, KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi və Azərbaycan tərəfindən Ermənistana "təcavüz" üçün yaşıl işıq kimi şərh edilməsi anlamına gələ bilər.