Paşinyan köç edən ermənilərə bu qədər PUL AYIRDI

Ermənistanın baş baziri  Nikol Paşinyan Qarabağdan köç edən ermənilərə göstəriləcək yardımla bağlı dövlətin proqramını açıqlayıb.

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, o qeyd edib ki, oktyabrın ayının 1-dən adambaşına yaşayış üçün 40 min dram (172,11 AZN), kommunal xərclərin ödənilməsinə daha 10 min dram (43,03 AZN) (ümumilikdə 50 min dram və ya təxminən 130 dollar) ayrılacaq.

Proqram ən azı 6 ay müddətində qüvvədə olacaq və xüsusi mərkəzlərdə olanlar və Ermənistanda daşınmaz əmlakı olanlar istisna olmaqla, bütün köç edən vətəndaşları əhatə edəcək.

Gələn həftə Qarabağ sakinlərinə 100 min dram (təxminən 430,28 AZN) məbləğində birdəfəlik müavinətin ödənilməsinə başlanılacaq.

Musavat.com

30.09.2023 23:45
2315