Paşinyan Kirantsda kəndlilərlə dalaşdı, onu evə buraxmadılar - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanla Kirants sakini arasında mübahisə yaranıb.

Musavat.com xəbər verir ki, yerli sakin kənd ərazisinin bir hissəsinin, o cümlədən bir neçə evin Azərbaycana verilməsindən narazılığını bildirib.

Baş nazir bunu xəritə və dövlət sərhədinin olması ilə əsaslandırmağa çalışıb. Bu arqumentlərə məhəl qoymayan Kirants sakini Paşinyanı evə buraxmayıb və hökumət nümayəndə heyətindən Azərbaycan ərazisi olan həyətini təcili tərk etmələrini tələb edib.

Həmin görüntüləri təqdim edirik:

@@TVmusavat/86726@@

Musavat.com

25.05.2024 19:43
2285