Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Türkiyəyə işgüzar səfər edib.
Musavat.com xəbər verir ki, o, İstanbulun beynəlxalq hava limanında Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekindji tərəfindən qarşılanıb.
Səfər çərçivəsində bu axşam Ermənistan baş naziri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılıb. Görüşün detalları rəsmi olaraq açıqlanmasa da, müşahidəçilər bunu iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirirlər.
Musavat.com