Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasına işgüzar səfərə gedib.
Musavat.com bildirir ki, bu barədə Ermənistanın baş nazirinin ofisindən məlumat verilib.
Baş nazir Paşinyan Tehranda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən şəxslərin vəfatı ilə bağlı başsağlığı vermək üçün Tehranda keçiriləcək rəsmi tədbirdə iştirak edəcək.
Xatırladaq ki, ötən bazar günü İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin üzvləri helikopter qəzasında həlak olublar.
@@TVmusavat/86449@@
Musavat.com