Paşinyan İran prezidentinə zəng etdi – Bakı ilə razılaşma barədə məlumat verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pəzeşkiyana zəng edərək İrəvan və Bakı arasında saziş bağlanması ilə bağlı danışıqların başa çatdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, tərəflər arasında regional və ikitərəfli gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Musavat.com

16.03.2025 12:47
972