"Paşinyan indi də sülhməramlılardan şikayətlənir. Hətta bununla bağlı olaraq beynəlxaq təşkilatlara da müraciət edib. O deyib ki, Rusiya sülhməramlıları burada öz missiyalarını yerinə yetirə bilmirlər. Halbuki Rusiya sülhməramlıları Qarabağa daxil olandan bu günə qədər erməniyönümlü xətt yürüdürlər".
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Müsavat"-ın "Həftə içi" verilişinin qonağı olan professor Qabil Hüseynli deyib.
Politoloq Laçınla bağlı da bir çox mətləblərə toxunub, son günlər Qarabağda baş verən hadisələri şərh edib.
Ətraflı videoda:
Musavat.com