Paşinyan: “Həyat yoldaşımın iştirakı ilə həmin gün...”

Ermənistan müxalifəti hakimiyyəti ölkənin şimalında baş verən təbii fəlakət fonunda baş nazirin xanımının iştirakı ilə şənlik təşkil etməkdə suçlayır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Nikol Paşinyan bununla bağlı danışıb.

“Bildiyimə görə, həmin tədbirin əsas faydalananları arasında həlak olan hərbçilərin anaları da olub. Üstəlik, bu tədbir 5-6 ay əvvəl planlaşdırılıb. Orada əsas məqsəd həlak olan hərbçilərin analarına təsəlli vermək, onlara kömək göstərmək olub. İstənilən vətəndaş harada musiqi olması, harada qara, harada ağ geyinilməsi barədə hökm verə bilər”, - deyə Paşinyan bildirib.

Musavat.com

29.05.2024 14:02
2267