Paşinyan ƏSƏBİLƏŞDİ: “Biz boynumuza xaçkar asıb gəzə bilmərik”

Baş nazir Nikol Paşinyan Ermənistanda hər addımda bir xaçkarın olmasından əsəbiləşib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Sünikdə danışıb.

“Hara gedirlər, deyirlər ki, xaçkar quraşdıraq. Bir xaçkar quraşdıraq, sonra o birini... nə qədər xaçkar quraşdırmaq olar: bir, iki, on, əlli, yüz. Gəlin, hamının boynuna xaçkar bağlayaq, sonra deyək ki, uşaqlar, bu sizin missiyanızdır”, - deyə Paşinyan Sünikdə uşaqlarla görüşündə bildirib.

“Məgər həlak olanlar ona görə ölüb ki, biz bu uşaqların boynuna xaçkar asaq? Xeyr, onlar uşaqlar yaşasınlar, azad yaşasınlar, həyatdan zövq alsınlar deyə öldülər”, - Nikol Paşinyan söyləyib.

Musavat.com

18.06.2024 16:53
928