Paşinyan: Ermənistanın müstəqillik tarixini vətəndaşların əksəriyyəti bilmir

Ermənistan baş naziri Nikol Paşinyan, hökumət iclasında ölkənin vətəndaşlarının müstəqilliyin dəqiq gününü bilməməsini tənqid edib.

Musavat.com xəbər verir ki, o, “dövlətçilik” termininin müstəqilliyin ilk günlərindən etibarən geniş müzakirə olunduğunu, lakin vətəndaşların dövlətin bir mexanizm kimi işlədiyini anlamadığını vurğulayıb.

Paşinyan bildirib: “Mən əminəm ki, Ermənistan vətəndaşlarının 90 faizi məktəb və ya yolun necə tikildiyini bilmir. Vətəndaşların əhəmiyyətli bir hissəsi dövlət büdcəsinin nə olduğunu və onun necə formalaşdığını bilmir, bu isə onların günahı və ya məsuliyyəti deyil. Yeni sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti müstəqillik gününün dəqiq tarixini bilmir. “Bu, məni çox təsirləndirdi,” – deyə Paşinyan qeyd edib.

Musavat.com

31.10.2024 14:34
239