Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan deyib ki, Ermənistanın qarşısında Rusiya və Aİİ ilə ticarət dövriyyəsini azaltmaq, iqtisadi əlaqələri kəsmək vəzifəsi yoxdur.
Onun sözlərinə görə, ölkə iqtisadi əlaqələrini şaxələndirməyə, o cümlədən Aİ və ABŞ ilə istiqamətləri intensivləşdirməyə çalışır, lakin söhbət əvəzetmədən yox, diversifikasiyadan gedir.