“Ermənistanda hərbi tribunalın yaradılması nəzərdən keçirilir”.
Musavat.com bildirir ki, Ermənistanın baş nazifi Nikol Paşinyan bunu Praqada erməni icması ilə görüşdə söyləyib.
“Ermənistanda ixtisaslaşmış məhkəmələr var. Bu məsələ gündəmdədir - hərbi tribunal”-Paşinyan sensasion açıqlama verib. Ardınca isə bir az “uzağa” gedib: “2020-ci ildən sonra xalqın qarşısına çıxdım və dedim ki, siz düşünürsünüzsə, məni güllələmək lazımdır, o zaman mən razıyam”.
Musavat.com