Paşinyan daha bir məmuru işdən çıxardı

Ermənistanın baş naziri Nikol Paşinyan Turizm Komitəsinin sədri Sisian Poqosyanı vəzifəsindən azad edib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Xatırladaq ki, Sisian Poqosyan 2022-ci il yanvarın 21-dən müvəqqəti olaraq Ermənistan Turizm Komitəsinin sədri vəzifəsini icra edib.

Bu ilin aprel ayında Poqosyan baş nazir Nikol Paşinyanı qərarı ilə Turizm Komitəsinin sədri vəzifəsinə təyin edilib.

 

13.05.2024 21:33
917