Paşinyan Çin sədrilə görüşə Azərbaycan musiqisi altında daxil oldu? – Sosial şəbəkələrdə gündəm olan VİDEO

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində rəsmi qəbulda iştirak ediblər. Görüş zamanı yaşanan musiqili detal sonradan maraqlı müzakirələrə səbəb olub.

Belə ki, Paşinyan özünün “Facebook” səhifəsində həmin görüşün kadrlarını yayıb. Videoda Ermənistan baş naziri və xanımı Çin sədri Si Cinpin və həyat yoldaşı ilə görüş zalına daxil olarkən Azərbaycan musiqisi səslənir. Mütəxəssislərin rəyinə görə, səslənən ifa Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun mahnılarından biridir. Maraqlıdır ki, musiqi cəmi bir neçə saniyə sonra dayandırılıb.

Paşinyanın paylaşımından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində görüntülər böyük maraqla qarşılanıb. İstifadəçilər Paşinyanın zalda məhz Azərbaycan musiqisi ilə qarşılanmasını təsadüfi saymayaraq, bunu simvolik bir məqam kimi dəyərləndiriblər.

Beləliklə, Çində baş tutan rəsmi qəbulun ən çox danışılan tərəfi Paşinyanın özü ilə yanaşı, arxa planda səslənən Azərbaycan musiqisi oldu.

Musavat.com oxucularına həmin maraqlı görüntüləri təqdim edir.

 

Musavat.com

31.08.2025 23:49
2578