“Ermənistan hakimiyyətinin Azərbaycanla müqaviləsi var, lakin ölkə daxilində baş verən hadisələrə görə ərazilərin fiziki təslim edilməsi prosesinin bir hissəsini həyata keçirmirlər”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.
Onun fikrincə, “sərhədlərin aydınlaşdırılması” adı altında təqdim olunan proses heç bir məntiqə sığmır. Abramyanın iddiasına görə, ərazilərin istənilən formada verilməsi yalnız referendum yolu ilə baş tuta bilər.
Musavat.com