Paşinyan Brüsselə GETDİ

Ermənistan baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 5-də Paşinyan Avrokomissiyanın sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüş keçirəcək.

Səfər çərçivəsində N.Paşinyan həmçinin USAİD rəhbəri Samanta Pauerlə də bir araya gələcək.

04.04.2024 20:13
747