Paşinyan başına bunu qoyub Azərbaycan sərhədinə gəldi - FOTO, VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Kirants(Günən) kəndinə səfər edib. Paşinyanın başındakı rəngli kepkası ilə diqqət çəkib.

Səfərin məqsədi delimitasiyadan sonra görülən işlər və yerli infrastrukturun vəziyyəti ilə tanışlıq olub. Bu barədə baş nazir “Facebook” səhifəsində məlumat verib. “Biz biznes seminar iştirakçıları ilə birlikdə Kirantsa baş çəkdik, delimitasiyadan sonra görülən işləri və kənddə yaradılan infrastrukturu yoxladıq”, - Paşinyan yazıb.

Qeyd edək ki, Kirants kəndi Qazax rayonunun Xeyrimli kəndi ilə üzbəüz ərazidə yerləşir. Kirants ermənilər 30 illik işğal dövründə Xeyrimli kəndinin ərazilərini qanunsuz olaraq mənimsəyib istismar edirdilər. Delimitasiya zamanı həmin torpaqların ermənilərdən geri alınması kənddə etiraz aksiyalarına səbəb olmuş, Paşinyan hakimiyyətinə qarşı "istefa!" şüarları səsləndirlmişdi.

Yerli ermənilər hələ də uzun illər boyu qanunsuz istismar etdikləri torpaqların əllərindən çıxmasını heç cür həzm edə bilmirlər.

Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan və Ermənistanın delimitasiya komissiyalar arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib.

15 may 2024-cü il tarixində iki ölkə arasında Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd mzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. 24 may 2024-cü il tarixində həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

 

Musavat.com

19.04.2025 01:37
970