Paşinyan Azərbaycanla sərhədə gəldi və bunları dedi: "Xarabalıq!!!" - VİDEO XƏBƏR

Musavat.com erməni qaynaqlarına əsasən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə gəlib.

Kirants, Bağanis və Əskipara kəndlərinə səfər edən baş nazir burada sərt danışıb.

O deyib ki, bu kəndləri Naqasaki, Xerasimaya çeviriblər.

Paşinyan sakinlərlə görüşdə hökumətin sərhədyanı kəndlərdə biznesin və qonaq evlərinin yaradılmasına çalışdığını bildirib. Kənd sakinləri öz problemlərindən danışaraq mənzil probleminin və mənzil proqramının yenidən başlamasını baş nazirdən xahiş ediblər. Paşinyan isə məsələyə baxacağına söz verib. Lakin qeyd edib ki, hər şey məqsədli şəkildə edilməlidir.

Nikol Paşinyan vurğulayıb ki, ondan əvvəlki hakimiyyətin səriştəsizliyi nəticəsində Kirants, Bağanis və Əskipara kəndləri Naqasaki, Xerasimaya çevrilib. Bu kəndlərdə biznes qurmaq istəyən yoxdur, amma biz bunu təmir edəcəyik. Hələ inkişaf qabaqdadır, deyə Paşinyan yerli sakinlərə böyük vədlər verib.

Daha ətraflı "TV Müsavat"dan izləyə bilərsiniz.

**
Bu barədə Ermənistanın iqtidaryönümlü Telegram kanalı da məxsusi xəbər yayıb.

Musavat.com fərqli redaksiyada olan bu xəbəri də təqdim edir:

"Baş nazir Nikol Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhəd olan Baqrataşen və Voskepar icmalarına baş çəkib.

Baqrataşendə yeni modul tipli uşaq bağçasının tikintisi davam edir. Hökumət 144 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçasının tikintisinə 874,3 milyon dram ayırıb. Baqrataşendə də yeni məktəbin tikintisinə başlanılıb. Məktəb 432 şagird üçün nəzərdə tutulub. Layihənin dəyəri 1 milyard dramdır.

Voskepar sakinləri "Sərhəd yaşayış məntəqələrində mənzil təminatına dövlət dəstəyi Proqramı"nın davamını gözləyirlər ki, bu proqram çərçivəsində dövlət 16 milyon dram ayırır və bu məbləğin faizlərini ödəyir".

Musavat.com

04.08.2024 13:09
4161