Paşinyan Aleksey Overçukla görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə komissiyanın üzvü Aleksey Overçukla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətindən bildirilib.

Onların hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.

19.09.2022 18:12
1151