Paşinyan: AB bizi istəyirmi-buna bu gün cavab verə bilmərəm

Ermənistan AB-nin mümkün hesab etdiyi qədər Avropa Birliyinə yaxınlaşmağa hazırdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Demokratik Forumunda çıxışı zamanı danışıb.

“Bağışlayın, əgər mən düşünsəm ki, Ermənistan xalqı bu ideyanı dəstəkləmir, belə bir bəyanat verməzdim”,-deyə o bildirib.

Paşinyan Ermənistanda AB-yə daxil olmaq üçün referendumun keçirilməsi ilə bağlı mövzuya da toxunub:

“Xalqın fikrini öyrənmək üçün referendum keçirmək... mən Ermənistan xalqını təmsil etmək səlahiyyətinə malik bir məmur kimi onun fikrini bilirəm. Referendum keçirsək, təbliğat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: AB özü bunu necə, istəyir, ya yox? İnsanlar AB-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Mən bu suala cavab verə bilmərəm, çünki AB daxilində də buna aydın cavab yoxdur.

Paşinyanın sözlərinə görə, Ermənistan AB ilə maksimum yaxınlaşmaq üçün öz siyasi iradəsini bəyan edib.

Musavat.com

01.07.2024 13:37
1288