Paşinyan 3 günlük Soçiyə gedir

İyunun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan üç günlük işgüzar səfərlə Soçiyə gedəcək.

Musavat.com bildirir ki, erməni mediası bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Paşinyan Avrasiya İqtisadi Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

 

Musavat.com

05.06.2023 22:33
841