"Parodiyamıza görə kanal rəhbəri aparıcını işdən çıxartdı"

"Ölkə başçısının 2019-cu ildə bir sıra mədəniyyət xadimləri ilə məşhur görüşündən sonra bizə edilən təhdidlər, təzyiqlər, məhkəmə hədələri yoxdur. Sonuncu dəfə Elza Seyidcahan bizi parodiyaya görə, məhkəmə ilə hədələyib. Elza xanımın bəzi mahnıları var ki, xoşuma gəlir: "Toy" mahnısıda. Bu səpkidə davam etsəydi, bizi tənqidlərə rast gəlməzdi. Bir sözlə həmin görüşdən sonra neqativ hallar həyatımızdan yox oldu. Bu təhdidlər yeni deyil, 1990-cı illərdən var. Arxamızda dövlət durmasaydı bizim satiramız bu səviyyəyə çıxmazdı. Heç kim bizim kimi etməyib".

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov "Künc-bucaq" yutub layihəsində deyib. Aktyor illərlə tamaşalarına görə yaşadıqları problemlərdən danışıb:

"O vaxtlar İctimai TV-nin keçmiş rəhbəri bizdən incimişdi. Orada diktor xanım xəbərləri aparırdı. Onun qardaşı bizimlə çalışırdı. Ona görə rəhbərlik həmin xanımı işdən qovmuşdu. Bir şeir demişdik: "Açıldı yeni TV, Baxır ona nə xala, nə bibi. Çünki yoxdur heç bir fərqi. AzTV2, yoxsa İTV". Bundan incimişdi. Haradan bilək o boyda kişi balaca uşaq kimi inciyəcək və qızı işdən qovacaq.

İndi İTV dünya kanalları ilə bir səviyyədədir. Balaş Qasımov zənglərimizə cavab vermir. O, mənə hörmətsizlik edir, mən bununla məşğul olmayacağam ki... Düzünü danışacağam, İTV indi böyük işlər görür".

19.03.2024 12:54
3305