Martın 11-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyasının təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Musavat.com-un Bəhreynə ezam olunmuş əməkdaşı xəbər verir. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iştirak edib.
Tədbirdə dünyanın 120-yə yaxın ölkənin parlamentariləri iştirak edib. BMT-nin Baş katibi Antonio Quterreş onlayn şəkildə Assambleyanın açılış mərasiminin iştirakçılarına müraciət edib. Digər natiqlərin də çıxışları dinlənilib. Sabah, martın 12-sində Assambleya işini davam etdirəcək. Spiker Sahibə Qafarova Assambleyada çıxış edəcək.
E.Paşasoy,
Musavat.com
Bəhreyn, Manama